ABŞ-də vəfat edən azərbaycanlının anası: “Oğlumun nəşi...”

ABŞ-də vəfat edən azərbaycanlının anası: “Oğlumun nəşi...”

ABŞ-nin San-Fransisko şəhərində azərbaycanlı gənc vəfat edib.

Xeyli müddətdir Kaliforniya ştatının San-Fransisko şəhərində yaşayan Samir Hüseynov 4 iyun tarixində xəstəxanada dünyasını dəyişib. Yaxınları bildiriblər ki, Samir bir neçə gün əvvəl səhhəti ilə əlaqədar xəstəxanaya yerləşdirilib. Lakin onun həyatını xilas etmək mümkün olmayıb. Samir ştatdakı Azərbaycan diasporunun fəallarından biri olub.

Samir Hüseynovun anası Aybəniz Əzizqızı "Cebhe.info"-ya açıqlamasında bildirib ki, oğlunun nəşi hələ ölkəyə gətirilməyib:

"Bilirik ki, bu, uzun prosesdir. Bizə iyun ayının 15-dən 20-ə kimi hər hansı bir gün gətirəcəklərini deyiblər. Amma dəqiq gün deyilməyib". 

Ləman İsmayıl 
"Cebhe.info"