“Abzas Media”nın daha bir əməkdaşı SAXLANILDI

“Abzas Media”nın daha bir əməkdaşı SAXLANILDI

“Abzas Media” saytının daha bir əməkdaşı saxlanılıb.

Jurnalist Nərgiz Absalamovanın Bakı Şəhər Baş Polis İdarəsi tərəfindən saxlanıldığı bildirilir.

Məlumata görə, ona qarşı "Abzas Media" rəhbərliyi ilə eyni maddə (Cinayət Məcəlləsinin 206.3.2-ci maddəsi - qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən törədilən qaçalmalçılıq) üzrə ittiham irəli sürülüb.

Qeyd edək ki, ötən həftə “Abzas Media”nın direktoru Ülvi Həsənli, direktor müavini Məhəmməd Kekalov və baş redaktoru Sevinc Vaqifqızı saxlanılıblar. Onlar barəsində “qrup halında qaçaqmalçılıq” ittihamı ilə 4 ay həbs qətimkan tədbiri seçilib.

Cebhe.info