Ağdamda mərmi partlayıb - FOTOLAR

Ağdamda mərmi partlayıb - FOTOLAR

Ağdam rayonunun Əfətli kəndində əkin sahəsində patlayış baş verib.

Daxili İşlər Nazirliyinin Bərdə regional qrupundan APA bildirilib ki, hadisə kənd sakini Elmir Yusifov ekskavatorla təsərrüfat işləri ilə məşğul olarkən ekskavator torpağa basdırılmış partlamamış mərmiyə toxunub.

Nəticədə partlayış baş verib. Hadisə zamanı texnikaya ziyan dəyib.

E.Yusifov isə yüngül dərəcəli xəsarətlər alıb.

Araşdırma aparılır.

Səlcuq Elçin

***

17:41

Ağdamın Əfətli kəndində əkin sahəsində partlayış baş verib.

APA-nın bölgə müxbirinin məlumatına görə, kənd sakini Elmir Yusifov ekskavatorla arx qazan zaman nəqliyyat vasitəsi torpağa basdırılmış partlamamış mərmiyə toxunub.

Nəticədə partlayış baş verib. Hadisə zamanı texnikaya ziyan dəyib.

Hadisə yerinə baxış keçirilən zaman daha bir partlamamış tank əleyhinə mina aşkarlanıb.

E.Yusifov isə yüngül dərəcəli xəsarətlər alıb. Faktla bağlı Ağdam rayon prokurorluğunda araşdırma aparılır.

Cebhe.info