Bakıda divarlara narkotik şüarları yazanlar kimdir?- DİN

Bakıda divarlara narkotik şüarları yazanlar kimdir?- DİN

Paytaxtın bir çox ərazilərində- Xırdalanda, Yasamalda, Biləcəridə, Yeni Günəşlidə, Qaraçuxurda-divarlarda narkotikə təşviq şüarları yazılır.

Bununla bağlı sosial şəbəkələrdə fotolar yayılıb. Məlumata görə, “МЕФ” “СК” psixoaktiv/narkotik maddə mefedronun, yaxud mefedron tərkibli dərmanların “ləqəbi”dir. “24ks.cc” isə narkoşəbəkənin saytıdır və teleqram botuna bağlıdır. Bu pis ənənənin Azərbaycana  Belarusdan, Rusiyadan gəldiyi deyilir. 

Məlumata görə, narkoşəbəkə divarlara "şüar"lar yazanlara ya havayı narkotik vasitə, ya da adını maaş  qoyduqları pul vəsaiti verir . 

Son olaraq belə “şüarlar”a Yeni Günəşlidə, 275 saylı məktəbin yaxınlığında rast gəlinib.

Daxili İşlər Nazirliyi artıq bununla bağlı araşdırmalara başlayıb. 

Bu barədə DİN-dən "Cebhe.info"-nun soğrusuna cavab olaraq bildirilib:

"Bununla bağlı hazırda ərazi üzrə polis orqanları tərəfindən araşdırmalar aparılır. Əməli törədən şəxslərin müəyyən olunaraq məsuliyyətə cəlb olunması istiqamətində zərəri tədbirlər həyata keçirilir”.

Naibə 
"Cebhe.info"