Bakıda kanalizasiyada partlayış: Ölən var

Bakıda kanalizasiyada partlayış: Ölən var

Bakının Xəzər rayonunda ölümlə nəticələnən hadisə baş verib.

"Cebhe.info" APA-ya istinadən xəbər verir ki, hadisə Binə qəsəbəsində qeydə alınıb.

1983-cü il təvəllüdlü Şahid Ədalət oğlu Mehrəliyev yeraltı su kanalizasiya xəttində iş görən zaman oradan keçən qaz borusunda sızma olub.

Nəticədə partlayış baş verib.

Ş.Mehrəliyev ayaq sümüklərinin sınığı, açıq kəllə beyin travması və üz yanığı diaqnozu ilə xəstəxanaya aparılarkən yolda dünyasını dəyişib.

Fakt araşdırılır.

"Cebhe.info"