Başqasının kartından 1400 manatlıq alış-veriş etdi

Başqasının kartından 1400 manatlıq alış-veriş etdi

Martın 31-də Bakı şəhər sakini olan bir nəfərin bank kartını itirməsi və həmin kartdan 1400 manat dəyərində alış-veriş olunması barədə polisə məlumat daxil olub. 

Bu barədə "Cebhe.info"-ya Daxili İşlər Nazirliyindən bildirilib. Nəsimi RPİ 20-ci Polis Şöbəsi əməkdaşlarının keçirdikləri tədbirlərlə oğurluq əməlində şübhəli bilinən, əvvəllər də oğurluq və narkotiklərlə əlaqəli cinayətlərə görə məhkum olunmuş Ramil Hüseynov müəyyən olunaraq saxlanılıb. Araşdırma aparılır. 

"Cebhe.info"