Sumqayıtda faciə: Bir ailənin 5 üzvü... - YENİLƏNİB

Sumqayıtda faciə: Bir ailənin 5 üzvü... - YENİLƏNİB

Dünən saat 17:40 radələrində Sumqayıt şəhəri, H.Z.Tağıyev qəsəbəsi 70 ünvanından Respublika Təcili və Təxirəsalınmaz Tibbi Yardım Mərkəzinə çağırış daxil olub.

Bu barədə APA-nın sorğusuna cavab olaraq Respublika Təcili və Təxirəsalınmaz Tibbi Yardım Mərkəzi və Sumqayıt Tibb Mərkəzi məlumat verib.

Bildirilib ki, çağırış ünvanına 2 təcili tibbi yardım briqadası cəlb olunub: "Təcili tibbi yardım briqadaları tərəfindən 4 nəfər (2 kişi, 2 qadın cinsli) dəm qazından zəhərlənmə diaqnozu ilə Sumqayıt Tibb Mərkəzinin nəzdindəki Uşaq Xəstəxanasına təxliyə olunub. Daha sonra Uşaq Xəstəxanasına daha 2 nəfər (2 kişi cinsli) hospitalizasiya olunub. Onların hər birinə zəruri tibbi xidmətlər göstərilib. Vəziyyəti qənaətbəxş qiymətləndirilən 4 nəfər ambulator müalicə üçün evə buraxılıb. Hazırda 2 nəfərin müalicəsi davam etdirilir, vəziyyətləri stabildir", məlumatda qeyd olunub.

***

12.37

Sumqayıtda bir ailənin 5 üzvü dəm qazından zəhərlənib.

"Cebheinfo.az" xəbər verir ki, hadisə ötən gün gecə saatlarında baş verib.

Məlumata görə, 2015-ci il təvəllüdlü C.C. , qardaşları - 2018-ci il təvəllüdlü M.C. , 2019-cu il təvəllüdlü H.C., bacıları - 2024-cü il təvəllüdlü G.C və 2021-ci il təvəllüdlü A.C. yaşadıqları evin hamam otağında dəm qazından zəhərləniblər.

Onlar xəstəxanaya yerləşdirilib, vəziyyətlərinin orta-ağır olduğu bildirilir.

Faktla bağlı araşdırma aparılır.

"Cebheinfo.az"