Cəlilabadda 8 yaşlı uşaq həyatını itirib

Cəlilabadda 8 yaşlı uşaq həyatını itirib

Cəlilabad rayonunda bədbəxt hadisə baş verib.

"Report"un Muğan bürosunun məlumatına görə, hadisə rayonunun Alar kəndində qeydə alınıb.

Belə ki, kənd sakini, 2017-ci il təvəllüdlü N.M. həyətlərində olarkən aşan daş hasarın altında qalıb.

Müxtəlif bədən xəsarətləri alan azyaşlı xəstəxanaya çatdırılsa da, həyatını xilas etmək mümkün olmayıb.

Faktla bağlı araşdırma aparılır.

"Cebheinfo.az"