Daha bir nəfər ölkəmizə ekstradisiya olundu

Daha bir nəfər ölkəmizə ekstradisiya olundu

Almaniyadan Azərbaycana ekstradisiya olunan şəxsin kimliyi məlum olub.

Baş Prokurorluğun Mətbuat Xiddmətindən verilən məlumata görə, "Ekstradisiya haqqında" 13 dekabr 1957-ci il tarixli Avropa Konvensiyasının tələblərinə uyğun olaraq Azərbaycan vətəndaşı Seyidli Elçin Mir Qasım oğlunun ekstradisiyası haqqında Baş Prokurorluğun vəsatəti Almaniyanın səlahiyyətli orqanları tərəfindən təmin edilib.

E.Seyidlinin külli miqdarda ziyan vurmaqla dələduzluq cinayət əməlini törətməsinə əsaslı şübhələr müəyyən edildiyindən, barəsində təqsirləndirilən şəxs qismində cəlb etmə haqqında qərar qəbul edilərək istintaqdan qaçıb gizləndiyi üçün beynəlxalq axtarışa verilib.

Sentyabrın 23-də Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin xüsusi konvoyunun müşayiəti ilə Elçin Seyidli Almaniyadan ölkəmizə gətirilib.

Cebhe.info