Gəncədə 64 yaşlı kişi xəstəxanada intihar edib

Gəncədə 64 yaşlı kişi xəstəxanada intihar edib

Gəncə şəhərində intihar hadisəsi qeydə alınıb.

"Report"un Qərb bürosunun məlumatına görə, hadisə şəhərin Abbas Səhhəd adına Xəstəxananın Nevrologiya və Terapiya Şöbəsində qeydə alınıb.

Həmin şöbədə müalicə alan Gədəbəy rayon sakini, 1960-cı il təvəllüdlü M.Mahmudov özünü asaraq intihar edib.

Faktla bağlı araşdırma aparılır.

"Cebhe.info"