Gəncədə qəzada 3 nəfər yaralandı - FOTOLAR
Gəncədə yol qəzası baş verib.
"Cebheinfo.az" xəbər verir ki, hadisə Gəncə-Samux avtomobil yolunun Gəncə şəhərindən keçən hissəsində qeydə alınıb.
“KİA” markalı avtomobil “VAZ 2107” markalı maşınla toqquşub. İlkin məlumata görə, qəza zamanı 3 nəfər xəsarət alıb. Yaralılar xəstəxanalardan birinə yerləşdirilib.
Hadisə yerinə yol polisi əməkdaşları cəlb olunub.
Faktla bağlı araşdırma başlanılıb.
"Cebheinfo.az"

