Göyçayda kanalda batan şəxsin meyiti tapıldı - FOTOLAR

Göyçayda kanalda batan şəxsin meyiti tapıldı - FOTOLAR

Göyçayda kanalda batan şəxsin meyiti tapılıb.

"Cebhe.info" APA-ya istinadən xəbər verir ki, rayonun Bığır kənd sakini 1971-ci il təvəllüdlü Qəfərov Qalib Nizam oğlunun meyiti balıq tutduğu yerdən təqribən 150 metr aralıda tapılıb.

Xatırladaq ki, dünən səhər saatlarından dalğıclar kanalda axtarışlar aparırdı.

Şəxsin meyiti aidiyyəti üzrə təhvil verilib.

Faktla bağlı araşdırma aparılır.

"Cebhe.info"