Göygöldə dəm qazından zəhərlənən şəxs ölüb

Göygöl rayonunda dəm qazından ölüm faktı qeydə alınıb.
"Report"un Qərb bürosunun məlumatına görə, hadisə Mollacəlilli kəndində qeydə alınıb.
Kənd sakini, Mikayıl Musayev yaşadığı evdə dəm qazından zəhərlənərək dünyasını dəyişib.
Faktla bağlı araşdırma aparılır.
Cebhe.info