Hərbçilərimiz daha bir sursat anbarı aşkarladılar - VİDEO
Azərbaycan hərbçiləri Kəlbəcər rayonunun Heyvalı kəndində iri silah anbarı aşkarlayıblar.
Bu barədə “Caliber”in “Telegram” kanalı məlumat yayıb.
Məlumata görə, anbarda aşağıdakı hərbi sursatlar aşkarlanıb:
- 82 mm-lik minaatanın mərmiləri;
- “D-30” mərmiləri;
- “RGM-2” partlayıcıları;
- məsafədən idarəolunan partlayıcılar;
- qumbaraatanlar və iriçapli patronlar;
- hərbi ləvazimat;
- 20 mm çaplı mərmi, 200 ədəd;
- 30 mm çaplı top mərmiləri, 6 ədəd;
- “2A42” top mərmiləri;
- “120-PM-43 M” minaatanı;
- müxtəlif patronlar;
- 7,62 çaplı RPS patronları;
- 120 mm-lik minaatanlar, 1985-ci ilin, istifadəyə yararlı;
- PDM mərmiləri;
- 120 mm-lik minaatanlar;
- “D-30” toplarının mərmiləri;
- “2S1” haubitsa, “Qrad” mərmiləri;
- 1982-ci ilin minaları;
- 120 mm-lik minaatanlar;
- “D-20” mərmiləri və s.
Qeyd edək ki, bundan öncə Xocalıda aşkarlanan silah-sursat anbarından görüntülər paylaşılmışdı.
Cebhe.info