İntihar edən 63 yaşlı şəxs cərrah imiş

İntihar edən 63 yaşlı şəxs cərrah imiş

Abşeron rayonu Hökməli qəsəbəsində intihar edən şəxsin həkim olduğu məlum olub. 

"Cebhe.info" “Qafqazinfo”-ya istinadən xəbər verir ki, fevralın 18-də özünü Nübar yaşayış massivindəki evində asan Zahid Fərman oğlu Baxşəliyev həkim-proktoloq imiş.

1961-ci il təvəllüdlü həkim Sabunçu Tibb Mərkəzində cərrah kimi fəaliyyət göstərib. 

Faktla bağlı Abşeron Rayon Prokurorluğunda araşdırma aparılır.

Qeyd edək ki, hadisə barədə ilk məlumatı lent.az saytı yayıb.

"Cebhe.info"