İsmayıllıda avtomobilin vurduğu məktəbli ölüb

İsmayıllıda avtomobilin vurduğu məktəbli ölüb

İsmayıllıda məktəblini avtomobil vurub.

APA xəbər verir ki, ilkin məlumatlara əsasən, hadisə rayonun Lahıc yolu istiqamətində baş verib.

Qobustan sakini 2010-cu il təvəllüdlü Cəfərov Asəf Valeh oğlu hadisə nəticəsində dünyasını dəyişib.

Məktəblinin ismayıllıda qonaq olduğu ehtimal olunur.

Fakt araşdırılır.

Cebhe.info