Keçmiş vəzifəli şəxs vəfat etdi - FOTO

Keçmiş vəzifəli şəxs vəfat etdi - FOTO

Bu gün Lerik rayonunun ziyalısı, uzun müddət Lerik Rayon İcra Hakimiyyətində müxtəlif vəzifələrdə çalışan Təhməz Əliyev vəfat edib.

"Cebhe.info" xəbər verir ki, bu barədə sosial şəbəkələrdə məlumat yayılıb.

Qeyd edək ki, Təhməz Ağarza oğlu Əliyev 1946-cı ildə Lerik rayonunun Molalan kəndində anadan olub. BDU-nun filologiya fakültəsini, Lənkəran Pedaqoji Məktəbini və Partiya Məktəbini bitirib.

Uzun illər müəllim və təlimatçı kimi çalışıb. Uzun illər Lerik Rayon İcra Hakimiyyətinin ümumi şöbəsinin müdiri kimi fəaliyyət göstərib. 2015-ci ildən isə təqaüdə çıxıb.

"Cebhe.info"