Lənkəranda evdə yanğın olub

Lənkəranda evdə yanğın olub

Lənkəran şəhərinin Gərmətük qəsəbəsində ümumi sahəsi 170 m² olan birmərtəbəli 3 otaqlı evin 1 otağının və dam örtüyünün yanar konstruksiyaları 16 m² sahədə yanıb.

Fövqəladə Hallar Nazirliyindən "Cebhe.info"ya verilən xəbərə görə, evin qalan hissəsi yanğından mühafizə olunub.

Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

"Cebhe.info"