Lənkəranda poçt şöbəsindən oğurluq edilib

Lənkəranda poçt şöbəsindən oğurluq edilib

Lənkəran şəhərində oğurluq hadisəsi qeydə alınıb.

“Report”un Cənub bürosunun məlumatına görə, hadisə Lənkəran şəhərindəki poçt şöbəsində baş verib.

Belə ki, Lənkəran Şəhər Rayon Polis Şöbəsinin növbətçi hissəsinə gecə saatlarında naməlum şəxsin pəncərə şüşəsini qıraraq içəridən üç ədəd bağlamanı oğurlaması barədə məlumat daxil olub.

Polis əməkdaşlarının keçirdiyi əməliyyat tədbirləri nəticəsində oğurluq edən şəxsin kimliyi müəyyən edilib. Oğurluğun yetkinlik yaşına çatmayan şəxs tərəfindən törədildiyi məlum olub.

Faktla bağlı araşdırma aparılır.

"Cebhe.info"