Masallıda keçmiş məhkum 7 kq narkotiklə tutulub

Masallıda keçmiş məhkum 7 kq narkotiklə tutulub

Masallıda 7 kiloqramdan artıq narkotik vasitə aşkarlanıb.

Masallı Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən narkotiklərin qanunsuz dövriyyəsinə qarşı əməliyyat keçirilib.

APA-nın cənub bürosunun verdiyi xəbərə görə tədbir zamanı əvvəllər məhkum olunmuş 43 yaşlı Cavat Qasımov saxlanılıb. Ondan ümumilikdə 7 kiloqramdan artıq marixuana aşkarlanaraq götürülüb.

Faktla bağlı cinayət işi başlanılıb. Saxlanılan şəxs barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib. Araşdırma aparılır.

"Cebheinfo.az"