Naxçıvanda 6 nəfər qızılcaya YOLUXDU

Naxçıvanda 6 nəfər qızılcaya YOLUXDU

Naxçıvan Muxtar Respublikasında noyabr ayında 6 nəfər qızılcaya yoluxub.

Muxtar Respublikasının Səhiyyə Nazirliyindən məlumata görə, qızılcaya yoluxan 6 sakinin 4-u ambulator, 2-i isə stasionar müalicə olunub.

Bu xəstəliyə yoluxma halları isə Şahbuz (2 yoluxma), Babək (2 yoluxma), Şərur (1 yoluxma) və Kəngərli (1 yoluxma) rayonlarında qeydə alınıb. Yoluxan şəxslərin 3-ü qadın, 3-ü isə kişidir.

Bildirilib ki, qızılca xəstəliyi adətən stasionar müalicəyə ehtiyacı olmayan, ev şəraitində izolyasiya olunaraq müalicə edilən xəstəlikdir:

"Bu xəstələr həkimlər tərəfindən nəzarətə götürülür. Ağır xəstələr isə yoluxucu xəstəliklər şöbələrinə yatırılaraq müalicəyə cəlb olunurlar".

Cebhe.info