Naxçıvanda İran vətəndaşı olan tələbə evdə huşsuz tapılıb

Naxçıvanda İran vətəndaşı yaşadığı evdə huşsuz vəziyyətdə tapılıb.
APA xəbər verir ki, hadisə Naxçıvan şəhərində qeydə alınıb. Belə ki, Naxçıvan Muxtar Respublikası Fövqəladə Hallar Nazirliyinə Naxçıvan şəhərində vətəndaşın köməyə ehtiyacı olması barədə məlumat daxil olub. Məlumat əsasında Naxçıvan şəhər üzrə xilasedicilər qrupu avtosəbət vasitəsilə pəncərədən içəri düşərək qapını açıb, İran vətəndaşı, 2001-ci il təvəllüdlü, Naxçıvan Dövlət Universitetinin Tibb fakültəsinin 3-cü kurs tələbəsi Mehtabi Sana Məmmədsadiq qızını evdə huşsuz vəziyyətdə tapılıblar.
O, təcili olaraq Naxçıvan Muxtar Respublika Xəstəxanasının reanimasiya şöbəsinə yerləşdirilib. İlkin araşdırma zamanı onun küllü miqdarda dərman qəbul etdiyi məlum olub.
İran vətəndaşı mərkəzi xəstəxanadan Naxçıvan Sağlamlıq Mərkəzinə köçürülüb, vəziyyəti ağırdır.
Faktla bağlı araşdırma davam etdirilir.
Cebhe.info