Nohurgöldə batan məşhur alimin jurnalist oğlu imiş... - VİDEO

Nohurgöldə batan məşhur alimin jurnalist oğlu imiş... - VİDEO

Bir neçə gün öncə Qəbələdə Nohurgöldə batan İlham Qəribov məşhur alim İslam Qəribovun oğlu imiş.

"Cebheinfo.az" Sitat.info-ya istinadən xəbər verir ki, 40 yaşlı İlham Qəribov özü də bir müddət mətbuatda müxtəlif qəzetlərdə çalışıb.

Mərhumun atası isə filologiya elmləri doktorudur, AMEA-nın ədəbiyyat institutunun aparıcı elmi işçisidir.

Bakıda yaşayan İ.Qəribov əslən Lerikin Molalan kəndindəndir.

"Cebheinfo.az"