Sabirabadda yol qəzasında 4 nəfər xəsarət alıb

Sabirabadda yol qəzasında 4 nəfər xəsarət alıb

Sabirabadda yol qəzası olub.

APA-nın Mil-Muğan bürosunun məlumatına görə, hadisə Sabirabad rayonunun Dadaşbəyli kəndi ərazisində qeydə alınıb. “Opel” markalı avtomobillə “Toyota” markalı avtomobillərin toqquşması nəticəsində 4 nəfər xəsarət alıb. Xəsarət alanlar Şirvan xəstəxanasına yerləşdirlib.

Faktla bağlı araşdırma aparılır.

"Cebhe.info"