Salyan şosesində maşın piyadanı vurdu: Yolda sıxlıq yarandı
Səbail rayonu, jurnalistlər üçün inşa edilmiş binaların yaxınlığında piyadanın vurulması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.
Bu barədə DİN-in mətbuat xidmətindən məlumat verilib.
Bilkdirilib ki, qəza səbəbindən Salyan şosesi istiqamətində avtomobil sıxlığı yaranıb. Hazırda polis əməkdaşları hadisə yerindədir və yaranan sıxlığın aradan qaldırılması istiqamətində işlər görülür.
"Cebheinfo.az"