Sirkə turşusu içən qadın öldü

Sirkə turşusu içən qadın öldü

Şəkidə 6 gün öncə sirkə turşusu içən qadın xəstəxanada ölüb.

"Report"un Şimal-qərb bürosunun məlumatına görə, şəhər sakini 1986-cı il təvəllüdlü Sevinc Rəhimova müalicə aldığı Bakıda yerləşən xəstəxanalardan birində vəfat edib.

Xatırladaq ki, 38 yaşlı qadın bu il fevralın 25-də sirkə turşusu içərək intihara cəhd edib.

Faktla bağlı araşdırma aparılır.

"Cebhe.info"