Xaçmazda 23 yaşlı gənc göldə boğulub - YENİLƏNİB

Xaçmazda 23 yaşlı gənc göldə boğulub - YENİLƏNİB

Fövqəladə Hallar Nazirliyinin (FHN) Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə Xaçmaz rayonunun Ağaverdioba kəndində süni suvarma gölündə suyun üzündə naməlum kişi meyitinin aşkarlanması ilə bağlı məlumat daxil olub.

"Report" xəbər verir ki, məlumatla əlaqədar FHN-nin Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin dalğıc-xilasediciləri cəlb olunub.

Həyata keçirilən tədbirlər nəticəsində 1 nəfərin meyiti sudan çıxarılaraq aidiyyəti üzrə təhvil verilib.

19:16

Xaçmazın Ağaverdioba kəndində bədbəxt hadisə baş verib.

"Report"un Şimal bürosunun məlumatına görə, rayon sakini, 2001-ci il təvəllüdlü Əliyev Fərid Rövşən oğlu Ağaverdioba kəndi ərazisində işlədiyi bağda gölə düşməsi nəticəsində göldə boğulub.

Onun meyiti sudan çıxarılaraq aidiyyəti üzrə təhvil verilib.

Faktla bağlı araşdırma aparılır.

"Cebhe.info"