Xaçmazda güclü yağış fəsadlara səbəb olub
Xaçmazda güclü yağış fəsadlara səbəb olub.
Güclü yağış nəticəsində rayonda elektrik enerjisinin verilməsində fasilə yaranıb. Yüksək gərginlikli elektrik xəttində qəza baş verdiyi bildirilir.
Xaçmaz Elektrik Şəbəkəsindən bildirilib ki, hazırda rayonda müşahidə olunan güclü yağışla əlaqədar 10 kV-luq yüksək gərginlikli elektrik xəttində qəza olub. Nəticədə Nərəcan, Uzunoba, Əhmədoba, Qaracəlli, Müşkür və s. kəndlərə elektrik enerjisinin verilməsində fasilə yaranıb.
Qəza briqadaları əraziyə cəlb edilib, yaşayış məntəqələrinə enerjinin verilişini bərpa etmək üçün işlər görülür.
Cebhe.info