Xocavənddə yol qəzası olub - YENİLƏNİB

Xocavənddə yol qəzası olub - YENİLƏNİB

Xocavənd rayonunda mikroavtobus aşıb, doqquz nəfər xəsarət alıb.

APA xəbər verir ki, hadisə rayonun Cəmiyyət kəndində qeydə alınıb.

İşğaldan azad edilən ərazilərdə fəaliyyət göstərən şirkətlərdən birinə məxsus fəhlə daşıyan mikroavtobus aşıb.

Biləsuvar rayon sakini Pənah Quliyevin idarə etdiyi “Mercedes” markalı sərnişin mikroavtobusunun əyləc sistemində yaranan nasazlıq səbəbindən sürücü idarəetməni itirib. Nəticədə mikroavtobus aşıb.

Qəza nəticəsində mikroavtobusda olan ümumilikdə 17 nəfərdən doqquzu xəsarət alıb. Xəsarət alan şəxslərə ilkin tibbi yardım göstərilib.

Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Bərdə regional qrupunun baş inspektoru, polis kapitanı Aslan Qiyaslı faktı təsdiqləyib.

Bildirib ki, faktla bağlı Xocavənd Rayon Polis Şöbəsində araşdırma aparılır.

***

21:16

Xocavənd rayon Cəmiyyət kəndi ərazisində fəhlə daşıyan avtomobil aşıb, səkkiz nəfər yaralanıb.

Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətindən APA-ya bildirilib ki, yol-nəqliyyat hadisəsi nəticəsində səkkiz nəfər müxtəlif dərəcəli bədən xəsarəti alıb.

Onlar xəstəxanaya çatdırılıb, onların arasında həyatını itirən yoxdur.

Araşdırma aparılır.

"Cebhe.info"