"Arsenal" Kənan Yıldızı transfer etmək fikrindən daşınıb

"Arsenal" Kənan Yıldızı transfer etmək fikrindən daşınıb

İngiltərənin "Arsenal" klubu "Yuventus"un (İtaliya) vingeri Kənan Yıldızı heyətinə qatmaqdan imtina edib.

​​​​​​"Cebheinfo.az" ""The Athletic"ə istinadən xəbər verir ki, Turin klubu 21 yaşlı futbolçu ilə yollarını ayırmaq fikrində olmadığını bildirib.

Türkiyəli oyunçunun İtaliya klubu ilə müqaviləsinin müddəti 2030-cu ilin yayına qədərdir, onun dəyəri isə 75 milyon avro olaraq qiymətləndirilir.

Qeyd edək ki, K.Yıldız A Seriyasında meydana çıxdığı 36 matçda 10 qol vurub və 7 məhsuldar ötürmə müəllifi olub.

"Cebheinfo.az"