Azərbaycan cüdoçuları Avropa Kubokunda 2 medal qazanıb

Azərbaycan cüdoçuları Avropa Kubokunda 2 medal qazanıb

Cüdo üzrə Azərbaycanın gənclərdən ibarət millisi İspaniyanın Malaqa şəhərində davam edən Avropa Kubokunda iki medal qazanıb.

"Cebhe.info" Azərbaycan Cüdo Federasiyasının mətbuat xidmətinə istinadən xəbər verir ki, təmsilçilərimiz turnirin ilk günündə 2 bürünc medal əldə edib.

Məhəmməd Musayev (66 kq) və Aydın Rzayev (73 kq) yarışda fəxri kürsünün üçüncü pilləsinə qalxıb.

Qeyd edək ki, yarışa mayın 19-u yekun vurulacaq.

"Cebhe.info"