Azərbaycan güləşçiləri iki gümüş medal qazanıblar

Azərbaycan güləşçiləri iki gümüş medal qazanıblar

Azərbaycanın üç sərbəst güləşçisi Bakı İdman Sarayında keçirilən U-23 Avropa çempionatında medal görüşünə çıxıb.

Kənan Heybətov (70 kq) və Əli Tsokayev (79 kq) finalda uduzaraq gümüş mükafat əldə ediblər.

Rəvan Musayev (97 kq) bürünc medal uğrunda qarşılaşmada məğlub olub və yarışı medalsız başa vurub.

Qeyd edək ki, daha əvvəl 3 qızıl, 1 gümüş və 4 bürünc medal qazanan yunan-Roma güləşi üzrə Azərbaycan millisi U-23 Avropa çempionatının qalibi olub. Bir dəst (1 qızıl, 1 gümüş, 1 bürünc) medal əldə edən qadınlardan ibarət yığma isə 76 xal toplayaraq ilk dəfə komanda hesabında üçüncü yeri tutub.

"Cebhe.info"