Azərbaycan stolüstü tennisçiləri beynəlxalq yarışlara qatılacaqlar

Azərbaycan stolüstü tennisçiləri beynəlxalq yarışlara qatılacaqlar

Azərbaycan stolüstü tennisçiləri növbəti beynəlxalq yarışlara qatılacaqlar.

Bu barədə Azərbaycan Tennis Federasiyasından məlumat verilib.

Təmsilçilərimizdən Onur Quluzadə ilə Yağmur Məmmədli Fransanın Mets və Belçikanın Spa şəhərlərində təşkil olunan “WTT Youth Contender” turnirlərində qüvvələrini sınayacaqlar.

Yığmamızın üzvləri məşqçilər Mixail Timofeyevlə Elnur Hidayətzadənin rəhbərliyi ilə yarışlara qatılacaqlar.

Qeyd edək ki, bu gün start götürəcək turnirlər aprelin 28-də başa çatacaq.

"Cebhe.info"