Azərbaycanın bədii gimnastları Rumıniyada gümüş medal qazanıblar

Azərbaycanın bədii gimnastları Rumıniyada gümüş medal qazanıblar

Rumıniyanın Ployeşti şəhərində keçirilən 23-cü “Irina Deleanu Cup” beynəlxalq turnirində bədii gimnastika üzrə gənclərdən ibarət Azərbaycan millisi uğurlu çıxış edib.

Yığma yarışda gümüş medal əldə edib.

Komandanın heyətində Nəzrin Abdullayeva, Ayan Sadıqova və Sofiya Məmmədova yer alıblar.

"Cebhe.info"