Dünya çempionatı: Azərbaycanlı taekvondoçunun rəqibi bəlli olub

Dünya çempionatı: Azərbaycanlı taekvondoçunun rəqibi bəlli olub

Bakıda keçiriləcək taekvondo üzrə dünya çempionatının ilk püşkatma mərasimi təşkil olunub.

“Reportun məlumatına görə, Azərbaycan millisinin üzvü Cavad Ağayevin rəqibi müəyyənləşib.

O, 68 kq çəki dərəcəsində Solomon Tefera (Efiopiya) - Eldar Kurmanaliyev (Qırğızıstan) cütünün qalibi ilə qarşılaşacaq.

Mundialın ilk günündə kişilər 68 kq, qadınlar isə 57 kq çəki dərəcəsində mübarizə aparacaqlar. Çəkilər üzrə kişilərin yarışında 68 kq-da 87, qadınların 57 kq-da 59 idmançı yarışacaq.

Qeyd edək ki, 29 may - 4 iyun tarixlərində baş tutacaq sayca 26-cı dünya çempionatında 949 taekvondoçu 16 çəki dərəcəsində qüvvəsini sınayacaq.

Cebhe.info