Dünya rekordçusu qəzada öldü - FOTO

Dünya rekordçusu qəzada öldü - FOTO

Keniyalı marafonçu Kelvin Kiptum yol qəzasında dünyasını dəyişib.

"Cebhe.info" xəbər verir ki, ötən ilin oktyabrında keçirilən Çikaqo marafonunda 2 saat 35 saniyə ilə dünya rekordu qıran Kiptum məşqçisi Gervais Hakizimana ilə yol qəzasında dünyasını dəyişib.

Bildirilib ki, 24 yaşlı idmançı ölkəsi Keniyada avtomobilinin ağaca çırpılması nəticəsində dünyasını dəyişib.

Rekordçu idmançı ötən il London marafonunun da qalibi olmuşdu.

Nigar Hacılı 
"Cebhe.info"