Final oyununun biletlərinin qiyməti açıqlandı

Final oyununun biletlərinin qiyməti açıqlandı

Azərbaycan Kubokunda final oyununun biletlərinin qiyməti və satışa çıxarılacağı tarix məlum olub.

"Cebhe.info" Peşəkar Futbol Liqasının rəsmi saytına istinadən xəbər verir ki, biletlər mayın 25-dən etibarən "Liv Bona Dea Arena" və Tofiq Bəhramov adına Respublika Stadionunun kassalarında satışda olacaq.

Biletlərin qiymətləri yerlərdən asılı olaraq 5, 10, 15 və 50 manatdır.

Qeyd edək ki, iyunun 2-də “Qarabağ” və “Zirə” klubları arasında keçiriləcək həlledici qarşılaşma saat 20:00-da başlayacaq.

"Cebhe.info"