Formalar oxşar rəngdədir: Matç gecikir

Formalar oxşar rəngdədir: Matç gecikir

Azərbaycan II Liqasının VII turunda baş tutmalı olan “Xankəndi” – “Şəmkir” görüşünün başlaması gecikir.

"Cebheinfo.az" xəbər verir ki, 15.00-da başlamalı olan qarşılaşmada hələ də start fiti çalınmayıb.

Buna səbəb isə komandaların formalarının rənglərinin oxşar olmasıdır.

Oxşarlıq səbəbindən hakim matçın başlamasına icazə verməyib.

Qarşılaşmanın aqibəti ilə bağlı məlumat veriləcək.

"Cebheinfo.az"