Juninyo Braziliyada ilk kubokunu qazandı - FOTOLAR

Juninyo Braziliyada ilk kubokunu qazandı - FOTOLAR

“Qarabağ”ın sabiq futbolçusu Olavio Juninyo Braziliyada ilk kubokunu qazanıb.

“Cebheinfo.az” xəbər verir ki, onun çıxış etdiyi “Flamenqo” Rio De Janeyro Kubokunun həlledici oyununda “Fluminense”ni ilə qarşılaşıb.

İlk matçda 2:1 hesablı qələbə qazanan “Flamenqo”, ikinci matçda rəqibi ilə 0:0-lıq heç-heçə edib. 

Nəticədə komanda kuboka sahib çıxıb. 

Qeyd edək ki, komandalar arasında keçirilən ilk matçda “Flamenqo” 2:1 hesablı qələbə qazanmışdı. Komandaya qalibiyyət gətirən qolu Juninyo vurmuşdu. 

“Cebheinfo.az”