Keçmiş futbolçu avtomobil qəzasında ölüb - FOTO

Keçmiş futbolçu avtomobil qəzasında ölüb - FOTO

Serbiyanın "Partizan" komandasının sabiq futbolçusu və baş məşqçisi Miodraq Yeşiç dünyasını dəyişib.

Klubun rəsmi saytı xəbər verir ki, 64 yaşlı mütəxəssis avtomobil qəzasında ölüb.

Onun idarə etdiyi maşın qarşı tərəfədən gələn nəqliyyat vasitəsilə toqquşub. Bşa məşqçi hadisə yerində keçinib.

Qeyd edək ki, Miodraq Yeşiç məşqçilik karyerası ərzində 30-a yaxın kluba rəhbərlik edib.

Cebhe.info