Mahir və Şahruddin “Qarabağ”a qayıdır?

Mahir və Şahruddin “Qarabağ”a qayıdır?

“Qarabağ” klubu sabiq futbolçularını geri qaytarır.

“Cebhe.info” xəbər verir ki, Ağdam təmsilçisi Musa Qurbanlının ardından daha 2 sabiq üzvünü heyətinə qatmağa yaxındır.

Belə ki, Mahir Emreli və Şahruddin Məhəmmədəliyev “Qarabağ”a qayıda bilər. Artıq tərəflər arasında razılıq əldə olunduğu deyilir.

Son məlumatlara əsasən, Mahir və Şahruddin transferi tezliklə açıqlanacaq.

Qeyd edək ki, Mahir Emreli 2015-2021-ci illərdə, Şahruddin Məmmədəliyev isə 2016-2023-cü illərdə “Qarabağ”da çıxış edib.

Elmir Mustafa
“Cebhe.info”