"Neftçi" iki basketbolçu ilə anlaşıb

"Neftçi" iki basketbolçu ilə anlaşıb

Neftçi"nin basketbol komandası heyətini yeni oyunçularla gücləndirib.

Bu barədə "Neftçi" İdman Klubunun mətbuat xidmətindən məlumat verilib.

Azərbaycan Basket Liqasında mübarizə aparan komanda ABŞ-dən olan iki basketbolçu ilə anlaşıb.

Derrel Camal Brentli və De Ancelo Uilyam Stüart ilə rəsmi müqavilə imzalanıb.

Qeyd edək ki, "ağ-qaralar" bu gün Ayzeya Lyuis, Alonso Kempbel, Broderik Robinson və Bobi Harvi ilə vidalaşdıqlarını açıqlayıb.

"Cebheinfo.az"