Buludovun “Neftçi”də “100”-cü matçı

Buludovun “Neftçi”də “100”-cü matçı

“Neftçi”nin futbolçusu Ömər Buludov Azərbaycan çempionatlarında 100-cü oyununu keçirib.

Peşəkar Futbol Liqasının rəsmi saytı xəbər verir ki, 25 yaşlı müdafiəçinin yubileyi Premyer Liqanın XXVII turuna təsadüf edib.

O, “Kəpəz”lə ev matçında (2:2) sonradan meydana çıxıb.

Oyunçu yalnız “Neftçi”nin formasını geyindiyi üçün 100 görüşü də bu komandada keçirib. Onun aktivində 4 qol var.

Qeyd edək ki, Buludovun çempionatda debütü 2017/2018 mövsümündə gerçəkləşib. O, 2017-ci il noyabrın 25-də “Keşlə” (indiki “Şamaxı”) ilə ev matçında (3:1) şans qazanıb.

Cebhe.info