“Qarabağ” - “Bayer” matçının biletləri satışa çıxarılır️

“Qarabağ” - “Bayer” matçının biletləri satışa çıxarılır️

UEFA Avropa Liqasının 1/8 final mərhələsində keçiriləcək “Qarabağ” - “Bayer” oyununun biletləri sabah saat 12:00-dan etibarən iticket.az-da satışa çıxarılacaq.

“Cebhe.info” xəbər verir ki, Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək matçın biletlərinin qiyməti müvafiq olaraq 5, 10, 20, 30, 40, 100 və 150 manat təşkil edir. 

VVIP C və VVIP D sektorlara bilet alaraq, VIP Lounge üstünlüklərindən yararlanmaq istəyən azarkeşlər üçün biletlərin qiyməti isə 300 manatdır.

"Cebhe.info"