"Qəbələ" UEFA Gənclər Liqasında mübarizəni dayandırıb

"Qəbələ" UEFA Gənclər Liqasında mübarizəni dayandırıb

"Qəbələ"nin 19 yaşadək futbolçulardan ibarət komandası UEFA Gənclər Liqasında növbəti oyununu keçirib.

Famil Xəlilovun baş məşqçisi olduğu kollektiv turnirin II mərhələsində Yunanıstanda "Olimpiakos"un qonağı olub.

Qarşılaşma meydan sahiblərinin qələbəsi ilə bitib - 4:0. Qəbələdə gerçəkləşən ilk matçda rəqibinə 3:0 hesabə ilə məğlub olan "qırmızı-qaralar" mübarizəni dayandırıb.

Qeyd edək ki, “Qəbələ” I təsnifat mərhələsində Macarıstanın “Puşkaş Akademiya” klubunu üstələyib – 1:1, 1:0.

Cebhe.info