"Qəbələ" yeni mövsüm öncəsi altı yoxlama oyunu keçirməyi planlaşdırıb
"Qəbələ" komandası təlim-məşq toplanışına iyulun 4-də başlayacaq.
Bu barədə "Report"un sorğusuna cavab olaraq "qırmızı-qaralar"ın mətbuat xidmətinin rəhbəri Elnur Məmmədli bildirib.
O, hazırlıq prosesinin Qəbələdə baş tutacağını söyləyib:
"Komanda toplanışın startından təxminən bir həftə sonra burada ilk yoxlama oyununu keçirəcək. Qəbələyə təlim-məşq toplanışına gələcək komandalardan biri ilə qarşılaşacağıq. Ümumilikdə 6 yoxlama matçı nəzərdə tutulub".
Qeyd edək ki, Azərbaycan Premyer Liqasında yeni mövsümə avqustda start veriləcək.
"Cebheinfo.az"

