Ramos "Sevilya"dan ayrıldı

Ramos "Sevilya"dan ayrıldı

Serxio Ramos "Sevilya"dan ayrılıb.

"Cebhe.info" xəbər verir ki, bu barədə ispan klubu məlumat yayıb.

Məlumatda bildirilib ki, 38 yaşlı futbolçu ilə müqavilə müddəti başa çatıb. Ötən ilin yayından "Sevilya"da çıxış edən futbolçu 37 matça çıxıb, 7 qola imza atıb və 1 məhsuldar ötürmə edib.

Müdafiəçi artıq azad agentdir.

Naibə
"Cebhe.info"