Ranyeri İtaliya millisinin baş məşqçisi olmaq təklifini rədd edib

Ranyeri İtaliya millisinin baş məşqçisi olmaq təklifini rədd edib

"La Gazzetta dello Sport" nəşri 73 yaşlı Klaudio Ranyerinin İtaliya Futbol Federasiyasının (FIGC) prezidenti Qabriele Qravinanın xahişini müsbət cavablandırdığı ilə bağlı məlumat paylaşsa da, mütəxəssis razılıq əldə olunmadığını bildirib.

Oxu.Az xəbər verir ki, bu barədə məşhur insayder Fabritsio Romano məlumat yayıb.

"Belə bir təklif almaq böyük bir şərəfdir, amma mən "Roma" rəhbərliyindəki vəzifəmi davam etdirməyi seçdim", - deyə Ranyeri bildirib.

Qeyd edək ki, Klaudio Ranyeri "Roma" klubundan sonra baş məşqçilik karyerasını başa vurduğunu açıqlayıb.

"Cebheinfo.az"