Semih Şəntürk "Fənərbağça"dan ayrılıb

Semih Şəntürk "Fənərbağça"dan ayrılıb

Türkiyə təmsilçisi "Fənərbağça"nın 19 yaşadək futbolçulardan ibarət komandasının baş məşqçisi Semih Şəntürk vəzifəsindən ayrılıb.

Bu barədə 41 yaşlı mütəxəssis özü sosial şəbəkə hesabında bildirib.

O, 2023-cü ildən bu yana "sarı-lacıvərdlilər"in U-19 komandasını çalışdırırdı.

Qeyd edək ki, S.Şəntürk futbolçu kimi 2001-2013-cü illər aralığında "Fənərbağça"da çıxış edib və bu müddət ərzində meydana çıxdığı 205 matçda 56 qol vurub.

"Cebheinfo.az"