Şimali Koreya millisinə texniki məğlubiyyət verilib

Şimali Koreya millisinə texniki məğlubiyyət verilib

Yaponiyanın “Samuray Mavisi” Milli Futbol Komandası Şimali Koreya ilə martın 26-da keçirilməsi planlaşdırılan, lakin ləğv edilən futbol matçında hökmən  (texniki məğlubiyyət) qalib elan edilib.

"Cebhe.info" "Kyodo" agentliyinə istinadən xəbər verib ki, FİFA Yaponiya Futbol Assosiasiyasına (JFA) məlumat verib ki, 2026-cı il futbol üzrə dünya çempionatının Asiya seçmə mərhələsinin B qrupunun ikinci turunda keçirilən matçda Şimali Koreyaya texniki məğlubiyyət (3-0) verilib.

Yaponiyanın 12 xalla birinci, Suriyanın isə 7 xalla ikinci olduğu B qrupunda Şimali Koreyanın 3, Myanmanın 1 xalı var.

Baş məşqçi Moriyasu Hajime deyib ki, futbolçular üçün vacib oyun fürsətinin əldən verildiyini inkar etmək mümkün deyil:

“Dünya çempionatının seçmə mərhələsində irəliyə doğru addım atmağımızı alqışlayıram".

Qeyd edək ki, Asiya Futbol Konfederasiyasının (AFC) əvvəlki açıqlamasında martın 26-da Pxenyanda keçiriləcək futbol matçının gözlənilməz hallar səbəbindən planlaşdırıldığı kimi keçirilməyəcəyi açıqlanmışdı.

Xatırladaq ki, 2026-cı il futbol üzrə dünya çempionatı AFC-nin seçmə mərhələsinin B qrupunda martın 21-də Tokio Milli Stadionunda keçirilən ilk oyunda “Samuray Mavisi” komandası 1:0 hesabı ilə qalib gəlmişdi.

Nigar Hacılı 
 "Cebhe.info"